|
Bakıda Aşura ünvanları...

Xəbər verdiyimiz kimi, bu il Aşura günü oktyabrın 24-nə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsindən Cia.az-a daxil olan məlumata görə, həmin gün respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək. Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik:

1. Yasamal rayonu Təzəpir məscidi; 
2. Yasamal rayonu Hacı Soltanəli məscidi; 
3. Səbail rayonu Bibi-Heybət məscidi; 
4. Səbail rayonu İçərişəhər Cümə məscidi; 
5. Suraxanı rayonu Qaraçuxur məscidi; 
6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi; 
7. Nizami rayonu Keşlə qəsəbə məscidi; 
8. Sumqayıt şəhər “Cümə” məscidi; 
9. Gəncə şəhər “İmamzadə” məscidi; 
10. Mingəçevir şəhər “Heydər” məscidi; 
11. Şəki şəhər “Cümə” məscidi; 
12. Lənkəran şəhəri Böyükbazar məscidi; 
13. Bərdə şəhər “Cümə” məscidi; 
14. Nəsimi rayonu Əjdərbəy məscidi.

Qeyd edək ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaq.

Cia.az