Bir neçə gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən rusiyalı kinorejissor Eldar Ryazanovun səhhəti ilə bağlı yeni xəbər var.
ANS PRESS-in məlumatına görə, noyabrın 24-də Burdenko adına neyrocərrahiyyə institutuna yerləşdirilən 87 yaşlı kinorejissorun vəziyyətini həkimlər ağır olaraq qiymətləndirir.
Sol əl və ayağının hərəkətsiz olduğu bildirilən Ryazanovun müayinəsi nəticəsində təsdiq edilib ki, onun bədəninin sol hissəsi qismən iflic olub və beyin infarktı keçirib.
6 il əvvəl isə kinorejissorda insultqabağı vəziyyət yaranmış və o vaxt insultun qarşısını almaq mümkün olmuşdu. Hazırda onun sağlamlığının yaxşılaşdırılması üçün adlı-sanlı tibb mütəxəssisləri hospitala gətirilib.
Qeyd edək ki, noyabrın 18-də 87 yaşı tamam olan Eldar Ryazanov 20-yə yaxın filmin müəllifidir. Onlardan ən məşhurları “Karnaval gecəsi”, “Qusar balladası”, “Avtomobildən qorun”, “İşdə məhəbbət macərası”, “Qaraj”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İki nəfərlik vağzal” filmləridir.
