|
“Ər və Arvad” tamaşası yenidən nümayiş olunacaq

Oktyabrın 25-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Ər və Arvad” operettası əsasında səhnələşdirilimiş eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən  bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu rəssamı, əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir Ağayev, Yelena Ağayeva və tamaşanın xormeysteri isə Vaqif Məstanovdur.

Tamaşanın yeni redaktəsi və orkestrləşdirilməsi əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Quruluşçu dirijor, əməkdar incəsənət xadimi, teatrın baş dirijoru Nazim Hacıəlibəyovdur.

Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Ələkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Əliməmməd Novruzov, Ayxan Şərifov, Roman Hacıyev ifa edəcəklər.

Qeyd edək ki, 1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və Şərqin ilk operettası olan “Ər və Arvad” ilk dəfə 1910-cu ildə tamaşaya qoyulub.

Cia.az