|
"Bütün dünyaya səs salacaq"

"Pul xatirinə nağara ifa etməsinlər. Natiqin evi, maşını, pulu var, bizimdə olsun deyib nağara çalmasınlar. Mən hər şeyə çətinliklə nail olmuşam".
 Bunu "Natiq Ritm" qrupunun rəhbəri, əməkdər artist Natiq Şirinov "Star Life" proqramına deyib.
"Natiq olaraq, öz ritmlərimi, dəsti xəttimi tapmağa çalışmışam. Məni təkrarlamağa çalışırlar. Bu məni sevindirir. Bunu etdim ki, Azərbaycan xalqının nağara sənətini inkişaf etdirəm. Kiminsə məndən nəsə götürməsinə niyə narahat olum? Mən 30 ildən sonra sənətdən pul qazandım. Nağara mənim həyatım oldu. Yeni nağara da hazırlatdırıram. Bütün dünyaya səs salacaq. 1,5 metr olacaq. Tam fərqlidir. 6-7 il bundan əvvəlki arzumdur".

Cia.az