|
Azərbaycanda ilk dəfə:

Ana bətnində 7 aylıq uşağın döş qəfəsinin içinə, ağciyər və ürəyinin ətrafında maye yığılıb. Bu da körpənin ürəyin fəaliyyətinə əngəl olub,  ürək çatışmazlığı yaradıb. Amma körpə sağ qalıb.

Bu barədə   Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasından məlumat veriblər.

Klinikadan deyiblər ki, ana 5 aylıq hamilə ikən uşağın  döş qəfəsinə maye yığılmağa başlayıb: “Buna görə də qadın Türkiyə gedib. Türkiyədə döş qəfəsinin hər iki tərəfinə stend taxdırıb ki, yığılan maye uşaqlıq boşluğundan çölə çıxsın. Lakin müəyyən müddət sonra stendlərin yolu tutulub: ürək qanı təzyiqlə bütün damarlara paylaşdırmaqla işləyir.

Lakin yığılan maye həmin orqanı sıxdığına görə, qan dövranı pozulub, ürək ətrafı ilə yanaşı, qarına da maye yığılıb. Mayenin miqdarı getdikcə daha da artırdı. Bu, həm də dəri ödemi (şişkinliyinin) artmasına səbəb olurdu. Xəstə belə vəziyyətdə klinikaya gətirilmişdi”.  

Klinikada ana bətnində uşağın döş qəfəsinə daxil olub, həm sağdan, həm də soldan bu mayeni çəkiblər. 3 dəfə bu prosedur həyata keçirilib. Körpə ürək və ağciyər qüsuru olmadan dünyaya gəlib.

Cia.az