|
“Azəryolservis” yağış hazırlığına başladı

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakı şəhərinin küçə və prospektlərində səth normal sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya quyularının təmizlənməsi işlərini həyata keçirir.

Qurumdan Cia.az-a daxil olan xəbərdə bildirilr ki, yol kənarlarında yerləşən yağış barmaqlıqları çıxarılır, yağış-kanalizasiya quyularının içərisi təmizlənir. Bundan başqa yağış barmaqlıqları olmayan yerlərdə yeni barmaqlıqlar qoyulur, dəyişilməyə ehtiyyac olanlar isə yenilərin ilə əvəzlənir. İş “Azəryolservis” ASC-nin balansında olan və yağış-kanalizasiya sisteminin olduğu bütün küçə, prospektlərdə aparılır.

 

“Azəryolservis” yağış hazırlığına başladı

Cia.az