İndiyədək Avropaya dəniz yolu ilə 600 minə yaxın miqrant çatıb.
Avropa İttifaqı dövlətləri Türkiyə üçün miqrantların Avropaya axınını azaldacağına ümid edilən tədbirlər planını təsdiq edib.
İndiyədək Avropaya dəniz yolu ilə 600 minə yaxın miqrant çatıb. Onlardan çoxu bunun üçün Türkiyə-Yunanıstan marşrutunu seçiblər.
Türkiyə axının qarşısını almağa kömək qarşılığında bir sıra tələblər irəli sürüb.
Brüsseldə mətbuat konfransında Avropa Şurasının prezidenti Donald Tusk bildirib ki, o, razılaşmaya görə "ehtiyatlı nikbinlik" hiss edir.
Türkiyə yardım üçün 3.4 milyard dollar xahiş edib. Almaniya kansleri Angela Merkel bununla bağlı Aİ dövlətlərinin müzakirələr apardığını bildirib.
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Ankaraya veriləcək məbləğ üçün danışıqların yaxın günlərdə Türkiyə rəsmiləri ilə davam etdiriləcəyini deyib.
Angela Merkel həftə sonu Türkiyəyə səfər edəcək.
Brüssel sammitində Avropa rəsmiləri razılığa gəliblər:
Aİ sərhədsiz Şengen ərazisinə səfər etmək istəyən türklər üçün viza liberallaşdırılmasının ilkin tətbiqi;
Türkiyənin Avropa İttifaqına üzvlük danışıqlarında yeni fəslin açılması
Avropa Komissiyasının prezidenti Jan-Clod Yunker və Avropa Şurasının prezidenti
Aİ mənbələr bildirib ki, bir sıra ölkələr Türkiyə ilə razılaşmanın tez əldə edilməsindən ehtiyatlanıblar. Yunanıstan, Kipr və Fransa bu ölkələrdəndir.
Cümə axşamı xanım Merkel deyib ki, Aİ-nin bütün ölkələri blokunun xarici sərhədlərinə təhlükəsizlik qüvvələrinin göndərilməsinə hazır olmalıdır.
Digər dəyişikliklər:
Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, cümə günü Xorvatiya ilə sərhədləri bağlayıb-bağlamamaq barədə qərar qəbul ediləcək.
Avropa İttifaqının xarici siyasət üzrə rəisi Federika Mogherini miqrasiya səbəblərinin aradan qaldırılması üçün üzv dövlətlərinə İordaniya, Livan və Türkiyədə suriyalı qaçqınlara və Afrikada inkişaf üçün daha çox pul ayərmasına çağırış edib
Livanlı ailənin 5 üzvü onları Türkiyədən Yunanıstana daşıyan qayığın çevrilməsi nəticəsində boğulub, daha 4 nəfərdən xəbər yoxdur
Bolqarıstanda yayılmış məlıumata görə, əfqan kişi cümə axşamı Türkiyədən Bolqarıstana daxil olmaq istəyərkən güllələnib.

O, Bolqarıstana keçmək istəyən miqrantların "böyük qrupuna" aid olub, AFP agentliyi daxili işlər nazirliyinə istinad edərək bildirib.
Türkiyə azı iki milyon suriyalı qaçqının "evidir", onların əksəriyyəti qonşu Suriyadakı müharibədən qaçanlardır.
Türkiyə, həmçinin, şimali Suriyanın daxilində qaçqın üçün beynəlxalq "təhlükəsiz zonanın" yaradılmasına çağırıb, amma cənab Tusk bildirib ki, Rusiyanın Suriyadakı iştirakı bu ideyanın gerçəkləşdirilməsini çətinləşdirib.
Həmçinin Brüsseldə Böyük Britaniyanın baş naziri David Kameron noyabrda Aİ-də dəyişiklik üçün dörd əsas tələblə çıxış edəcək. Bu, Böyük Britaniyanın Aİ-yə üzvlüyü ilə bağlı 2017-cü ilə vəd edilmiş referendumdan əvvələ təsadüf edir.
D.Tusk D.Kameronun bəyanatı alqışlayıb və əlavə edib ki, "real danışıqlar" noyabrın əvvəlində başlaya bilər.
Cia.az
