|
Terrorun törədildiyi meydanın adı dəyişdirildi

Ankara Bələdiyyə Məclisi məlum terror hadisəsinin baş verdiyi Ankara Garı önündəki sahəyə “Demokratiya Meydanı” adının verilməsinə qərar verib.

Cia.az  xəbər verir ki, bu barədə bələdiyyə sədri Əli İhsan Ölmez təşkil etdiyi konfransda açıqlama verib.

O, 10 oktyabrda baş verən və 106 adamın ölümü ilə nəticələnən partlayışın yerinin "Demokratiya Meydanı" adlanmasını təklif edib.

Təklifi AKP-li bələdiyyə məclis üzvləri dəstəkləyib, CHP-li məclis üzvləri isə sahəyə “Barış Meydanı” adı verilməsini istəyiblər.

Daha sonra aparılan danışıqlar nəticəsində sahəyə “Demokratiya Meydanı” adının verilməsi səs çoxluğu ilə qəbul edilib.

Cia.az