|
Qadın 10-cu mərtəbədən düşüb -

Abşeron rayonunda bir neçə saat öncə qadın 10-cu mərtəbədən yıxılıb.

Abşeron Rayon Polis Şöbəsindən  bildirilib ki, hadisə Abşeron Gənclər Şəhərciyində baş verib.
Qızının evinə qonaq gələn təxminən 70 yaşlı qadın ehtiyatsızlıqdan 10-cu mərtəbədən yıxılıb.
Hələ ki, şəxsiyyəti müəyyənləşdirilməyən qadın hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Cia.az