Baş Prokurorluq deputatlığa namizəd Vidadi İsgəndərovun həbs olunacağı haqda xəbərlərə münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qurum həmin məlumatları qəti şəkildə təkzib edir:
“89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Vidadi İsgəndərov və bəzi dairələr sosial şəbəkələrdə və ayrı-ayrı kütləvi informasiya vasitələrində təqib olunması və həbs olunacağı barədə informasiyalar yaymışlar.
Həmin məlumatların heç bir hüquqi əsası yoxdur, V.İsgəndərov barəsində hüquq mühafizə orqanlarında hər hansı cinayət təqibi həyata keçirilmir və onun toxunulmazlığı qanunla qorunur”.
Cia.az
