|
İlham Əliyev Qazaxıstandadır -

Azərbaycanın prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

 

İlham Əliyev Qazaxıstandadır -  Fotolar
İlham Əliyev Qazaxıstandadır -  Fotolar
İlham Əliyev Qazaxıstandadır -  Fotolar
İlham Əliyev Qazaxıstandadır -  Fotolar

Cia.az