|
Musiqili Teatrda dörd gün ərzində 6 tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə dörd gün ərzində 6 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, söhbət oktyabrın 15, 16, 17 və 18-də tamaşaçılara təqdim olunacaq “Ər və arvad”, “Qızıl toy”, “Düyməcik”, “Mən dəyərəm min cavana”, “Dəcəl çəpişlər” və “O olmasın, bu olsun” tamaşalarından gedir. Tamaşaçılar dörd gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Nərgiz Kərimova, aktyorlar Ülviyyə Əliyeva, Şaban Cəfərov, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, oktyabrın 17-də H.K. Andersenin “Düyməcik” əsəri rus dilində, 18-də isə O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri uşaqlar üçün nümayiş olunacaq.

Cia.az