Oktyabrın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində tanınmış dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında səhnələşirilmiş “Mən səni sevirəm” tamaşasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimova, baş rəssamı isə Tahir Tahirovdur.
Tamaşada baş rolları Əməkdar artistlər Qəmər Məmmədova, Leyli Vəliyeva, aktyorlar Almaz Mustafayeva, Kəmalə Hüseynova, Mehriban Abdullayeva və başqaları ifa edəcəklər.
Cia.az
