|
“Mançester Siti”nin qol silahı 6 həftə oynamayacaq

"Mançester Siti"nin  futbolçusu Serxio Aqueronun zədəsi ciddidir. 
O, "DÇ-2018"in Cənubi Amerika üzrə seçmə mərhələsində Ekvadora qarşı matçın 19-cu dəqiqəsində zədə alıb.
Ayağa qalxa bilməyən Argentina millisinin üzvü meydanı xərəklə tərk edib.
Tibbi müayinədən sonra Aqueronun təxminən 40-50 gün meydana çıxa biməyəcəyi bəlli olub. Bu isə o demkdir ki, argentinalı forvard Premyer Liqanın dörd, Çempionlar liqasında isə “Sevilya” ilə hər iki oyunu buraxacaq.

Cia.az