Xalq yazıçısı Elçinin məşhur “Qatil” əsəri əsasında yeni film ekranlaşdırılıb.
Filmin quruluşçu rejissoru Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdandır. Ekran əsərində əsas rolları gürcüstanlı aktyorlar Eka Çxeidze və Apollon Kublaşvili ifa edir.
“Qatilin”in təqdimatı oktyabrın 21-də saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.
Xatırladaq ki, Elçinin "Qatil" əsəri dünyanın bir çox teatr səhnələrində, eləcə də Azərbaycan səhnəsində bir neçə dəfə tamaşaya qoyulub.
Cia.az
