Aktyor Elnur Kərimov xalq artisti Nuriyyə Əhmədovanın iki gün sonra keçiriləcək yas mərasimindən dolayı ailə üzvlərinin çətin vəziyyətdə olduğunu bildirib.
Aktyor sosial şəbəkədə xalq artistinin yaxınlarının bunun üçün lazımi qədər vəsait toplaya bilmədiklərini yazıb:
“Aldığım məlumata görə, xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimini keçirmək üçün ailə üzvləri pul tapmır. Çox acınacaqlı vəziyyət yaranıb. Axı, yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Niyə, axı, bu cür münasibət? Allah kömək olsun. İnşallah, yardım edən tapılar”.
Xatırladaq ki, Nuriyyə Əhmədova oktyabrın 10-da ürək çatışmazlığından dünyasını dəyişib.
Cia.az
