|
Əfqanıstan qaçqınlarının Avropa səfəri İstanbulda bitdi
İstanbuldan qaçaq yolla Avropaya getmək istəyən 50-yə yaxın Əfqanıstan qaçqını saxlanılıb.
Musavat.com türk mətbuatına istinadən xəbər verir ki, bulvar yaxınlığında xeyli insanın TIR-a mindiyini görən şahidlər şübhələnərək polisə zəng edib. Hadisə yerinə gələn polislər aralarında qadın və uşaqların da olduğu 50 nəfərlik qrupu saxlayıb. Araşdırma zamanı məlum olub ki, əfqanlar Avropaya getmək üçün adambaşına iki min dollar ödəyiblər. 
 
Onların bəziləri qaçaq yolla Almaniyaya, bəziləri isə Finlandiyaya getmək istəyirmiş. 
Cia.az