|
Millət vəkili əlillər üçün hökumətə çağırış etdi

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə hökuməti 1-ci qrup əlillərə verilən müavinətləri ən azı yaşayış münimumuna çatdırılmasına çağırıb.

Bu gün Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə keçirilən gələn ilin büdcə müzakirələrində "Azərbaycan Respublikası 2016-cı ilin yaşayış minimumu haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə geniş danışaraq hökuməti 1-ci qrup əlillərə verilən müavinətləri ən azı yaşayış münimumuna çatdırılmasına çağırıb.

Millət vəkili bidirib ki, 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkənlərdir, iş imkanları yoxdur, ailədə bir nəfər davamlı olaraq işə getmədən onlara baxmaq məcburiyyətindədir ki, onlara da bunun üçün müavinət ödənilməsi məsələsi hələlik öz həllini tapmayıb. Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var deyən Qənirə Paşayeva bununla bağlı 1-ci qrup əlillərin millət vəkillərinə müraciət etdiyini, bölgələrdə seçicilərlə görüşlərdə məsələ qaldırdıqlarını vurğulayıb.

Cia.az