|
Turxan Qarışqa yoxa çıxdı

"Azadlıq radiosu"nun müxbiri Turxan Kərimovu bu gün saat 11 radələrində Təhsil Nazirlyinin yaxınlığında iki nəfər mülki geyimli şəxs qara şüşəli avtomobillə qeyri müəyyən istiqamətə aparıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Amerikanın Səsi"nə onun ailəsindən bildirblər.

Müxbirin hansı səbəbdən saxlanıldığı və hara aparıldığı barədə məlumat yoxdur.

T.Kərimovun oğurlandığı ərazi Nərimanov rayonu olduğundan rayon Polis İdarəsinin növbətçi hissəsindən deyiblər ki, polis idarəsinə heç bir müxbir gətirulməyib.