Mətbuat prospektində (Bakı Dövlət Universitetinin yanında) dünən baş vermiş qəzada öldüyü bildirilən tələbə sağdır.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, qəzadan sonra Kliniki Tibbi Mərkəzə çatdırılan yaralılardan 3-ü artıq evə buraxılıb: “Qəza nəticəsində ölən olmayıb. 6 nəfərdən 3-ü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər 3 nəfər isə hazırda xəstəxanadadır və vəziyyətləri orta-ağır qiymətləndirilir”.
Xatırladaq ki, ötən gün Mətbuat prospektində 20 Yanvar istiqamətində hərəkət edən “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub. Onların əksəriyyəti tələbələr olub. Daha sonra minik maşını polis avtomobilinə çırpılıb.
Cia.az
