|
Bakıda "London taksisi" qəza törətdi:

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən bildirir ki, oktyabrın 13-ü saat 04:50 radələrində, Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Namiq Fərəcov idarə etdiyi «London Taksi» markalı avtomobillə 1966-cı il təvəllüdlü Hacıbaba Tarverdiyevi vurub. H.Tarverdiyev aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.

Cia.az