|
Rəfaellə Coşqun iki şirkət yaratdı

"Bu Şəhərdə Media" MMC və "Bu Şəhərdə PR" MMC Vergilər Nazirliyində qeydiyyatdan keçib.

APA-nın verdiyi xəbərə görə, hər iki şirkət cari il sentyabrın 30-da qeydiyyata alınıb və hər birinin nizamnamə kapitalı 10 manatdır.

"Bu Şəhərdə Media" MMC-nin qanuni təmsilçisi Coşqun Rəhimov, "Bu Şəhərdə PR" MMC-nin qanuni təmsilçisi isə Rəfael İsgəndərovdur.

Cia.az