|
Bakıda təmir sexi yanıb
Bakı şəhərində yanğın hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində tezalışan yağlar və avtomobil ehtiyat hissələri 170 kv.m sahədə yanıb. Bitişik təmir sexləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Bakının Pirallahı rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavan 15 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
 
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az