|
"Ayaqqabılarımı satsam, pulu bütün nəslimə bəs edər"
Aparıcı Burcu Əsmərsoy alış-veriş mərkəzlərinin birində sevənlərinin suallarını cavablandırıb. 
Moda, musiqi və kinodan danışan aparıcı “Kösəm Sultan” serialında oynamaq istədiyini deyib:
“Prodüserə səslənirəm:“Kösəm Sultan”da çəkilərəm. Eşitsinlər səsimi”.
Burcu bəyəndiyi müğənnilərin və aktyorların adlarını açıqlayıb: 
“Murad Bozla yan-yana gələndə bir-birimizə möhtəşəm enerji ötürürük. Onunla filmə çəkilərəm. Kərəm Bürsini də çox bəyənirəm. Allah yiyəsinə qismət etsin”. 
B.Əsmərsoy qarderobundan da söz açıb: 

“Ayaqqabıları çox sevirəm. Neçə cüt olduqlarını saymamışam. Amma onları satsam, pulu bütün nəslimə bəs edər”.
 

 

 

 

Cia.az