|
Salyanda iki yük maşını toqquşub,
Salyanda iki "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində 1 nəfər yaralanıb.
Hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 20-ci kilometrliyində, Xıdırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, qəza nəticəsində sürücülərdən biri - Astara rayon sakini, 1977-ci il təvəllüdlü Seyran Səadət oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərildikdən sonra paytaxta göndərilib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Cia.az