Azərbaycanda yeni hərbi hissədə tikilən obyektlərin açılışı olub.
Cia.az-ın məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edib:
“İlin sonunadək birliklərdə, hərbi hissələrdə yeni tam təmin olunmuş 10-dək hərbi şəhərciyin inşasını yekunlaşdıracağıq.
Biz hər birimiz xidmət yerimizdə çalışmaqla qələbəmizi yaxınlaşdırırıq. Məqsədimiz birdir: qısa müddətə torpaqlarımız işğaldan azad olunmalıdır. Bunu Silahlı Qüvvələrdən xalqımız və Ali Baş Komandan tələb edir. Bu vəzifəni yerinə yetirmək üçün bütün Silahlı Qüvvələr yüksək səviyyədə çalışaraq buna nail olmalıdır. Bir daha Ali Baş Komandanı və xalqımızı əmin etmək istəyirəm ki, Silahlı Qüvvələr qarşıda duran müqəddəs vəzifəni qısa müddətdə və uğurla yerinə yetirməyə hazırdır”.








Cia.az
