|
20 yaşlı qızın Novxanıda bıçaqladığı oğlan öldü

Bakıda qız tərəfindən bıçaqlanan şəxs ölüb.

Xəbər verdiyimiz kimi, Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri məliyyat tədbirləri nəticəsində oktyabrın 10-da Novxanı qəsəbəsi ərazisində xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova tutulub.

Anar Məmmədov aldığı xəsarətlər nəticəsində oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır

Cia.az