Aktrisa Ceren Hindistanın sevgilisi Ümit Aslanın ona aldığı hədiyyələri sosial mediada paylaşması iş adamının keçmiş həyat yoldaşı Rojbin Aslanı əsəbiləşdirib.
Aktrisanın bu hərəkətindən sonra Rojbin iki qızını atalarının evinə aparıb. O, keçmiş həyat yoldaşına təzminat davası açmaq niyyətindədir.
O, Ü.Aslanın sevgilisinin hər istəyini yerinə yetirdiyini, onu və uşağını isə ac saxladığını iddia edib. Atasının dəstəyini alan R.Aslan keçmiş ərinin Ceren Hindistana aldığı hədiyyələri məhkəmədə dəlil göstərəcək.
Cia.az
