|
FİFA-dan Platini barədə yeni qərar

Bu gün FİFA-da UEFA prezidenti Mişel Platininin vəzifəsindən və futbol fəaliyyətindən 3 ay müddətinə uzaqlaşdırılası ilə bağlı qərarından apelyasiya şikayətinə baxılıb.

Bugünkü iclasda qeyd olunub ki, Platininin vəkillərinin UEFA prezidenti ilə bağlı qərar verilərkən onun özünümüdafiə hüququnun təmin edilməməsi ilə bağlı iddiaları əsassızdır.

“FİFA-nın etik komitəsinin üzvləri Platini barədə qərar verməzdən öncə onunla beş saata yaxın söhbət aparıblar. Bu söhbətin stenoqramı 50 səhifədən çoxdur” – deyə FİFA-dan bildirilib.

Qurumda həmçinin M.Platinin apelyasiya şikayətinin təmin olunmaması barədə qərar verilib. Fransalı futbol adamı FİFA prezidentliyindən 3 ay müddətinə uzaqlaşdırılan Zepp Blatterden 2 milyon İsveçrə frankını qanuni əsasda olması barədə sübut təqdim edə bilməyib. 

Cia.az