|
Putinlə İlham Əliyev görüşdü

Rusiyanın Həştərxan şəhərində IV Xəzər Sammiti öz işinə başlayıb.

“Qafqazinfo” Kremlin saytına istinadən xəbər verir ki, sammitdə Xəzəryanı ölkələrin dövlət başçıları- Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, İran dövlət başçısı Həsən Ruhani, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov iştorak edir.

“Xəzər beşliyi”nin iştirakçıları Xzəərin statusu və regionde təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.