|
Sevil Əliyevanın ad günüdür

Bu gün ümummilli lider Heydər Əliyevin qızı, president İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür. 
Sevil Əliyeva 12 oktyabr, 1955-ci ildə Bakı şəhərində anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 
1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsilini davam etdirib. 
1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 
1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olmuşdur. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. 
Ailəlidir, 3 övladı var. 
"Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar, Space Televiziyasının qurucusudur. 
Hazırda Londonda yaşayır.

Cia.az