Qışa hazırlaşarkən saçlarınızı da unutmayın. Bu 5 qidalandırıcı yağla saçlarınızı yenidən canlandırıb gücləndirin.
Yay boyu korlanan saçların yenidən güclənməsi üçün yağlar:
Avokado yağı saç tökülməsinin qarşısını alır və saçların tez bir zamanda uzanmasına yardım edir. Avokado yağı ilə qurumuş saçlarınızı əvvəlki canlı vəziyyətinə qaytara bilərsiniz.
Əgər saçlarınız boya istifadəsindən korlanıbsa, həll yolumarula yağıdır. Təbii nəmləndirici üstünlüyü olan marula yağı saçlarınıza canlılıq qazandıracaq, E və C vitaminləri sayəsində qurumuş saçlarınıza canlılıq qazandıracaq.
Əgər saçlarınız qıvrımdırsa və təbii canlı qıvrımlara sahib olmaq istəyirsinizsə, kətan yağından faydalanın. Saçların şişməsinin qarşısını almaq üçün kətan yağı ilə hazırlanan saç maskalarından istifadə edin.
Çay ağacı yağı həm quru, həm də yağlı saç dərisinə olduqca faydalıdır. Bu yağ kəpəyə səbəb olan ölü dəri hüceyrələrindən, çox yağlanmalardan canınızı qurtaracaq.
Arqan yağı quru saçlar üçün çox xeyirdir. Qırıq saç uclarına qarşı arqan yağının təsirindən faydalan bilərsiniz.
Cia.az
