|
NATO helikopteri yerə çırpıldı -

Əfqanıstanın paytaxtı Kabildəki NATO bazasında helikopter qəzası baş verib.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki,hərbi helikopter eniş zamanı yerə çırpılıb.

“Puma MK 2” tipli təyyarənin düşməsi nəticəsində 5 NATO əsgəri ölüb, 5-i isə yaralanıb.

İngiltərə Müdafiə Nazirliyi açıqlamasında ölən iki əsgərin ingilis olduğunu bildirib.

Qəzaya səbəb helikopterin eniş əsnasında üstdə olan təhlükəsizlik balonlarının tellərə ilişməsi göstərilir.

Cia.az