|
Avropa Komissiyasının vitse-prezidenti Azərbaycanda

Avropa Komissiyasının enerji üzrə vitse-prezidenti Maroş Şefçoviçin Azərbaycana səfəri başlayıb.

Bu barədə APA-ya Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirilib. Səfər zamanı M. Şefçoviç  Azərbaycan prezidenti İlham Əliyev  və hökumət üzvləri ilə görüşəcək.Tərəflər Cənub Qaz Dəhlizi bağlı müzakirə aparacaq.