|
İrakli Alasaniya baş nazirin Bakıya qəfil səfəri haqda:

“Biabırçıdır ki, Gürcüstan hökumətinin sədri balaca oğlan uşağı kimi bir neçə gün əvvəl yol verdikləri səhvləri düzəltmək üçün qaça-qaça müxtəlif qonşu ölkələrə getməli olur”.

Bu sözləri Gürcüstanın “Azad demokratlar” parlament fraksiyasının lideri İrakli Alasaniya baş nazir İrakli Qaribaşvilinin Bakıya ötən şənbə günü etdiyi qəfil səfəri şərh edərkən deyib.

İ.Alasaniyanın sözlərinə görə, Gürcüstan hökumətinin enerji təhlükəsizliyinə, konkret olaraq “Qazprom”la danışıqlara dair atdığı xəlvəti addımlar strateji tərəfdaşlarda təbii olaraq bir sıra suallar doğurub.

“Biabırçılıqdır ki, onlar bu addınları ilə strateji tərəfdaşımız olan Azərbaycanla münasibətləri korlayıblar. Bunun arxasında dövlət maraqları dayanmır, çünki biz daha bahalı və siyasiləşmiş Rusiya qazına stavka edirik. Ona görə də hökumətin şəxsi maraqlarının ölkənin maraqlarına necə zərbə vurduğu ortadadır”- deyə Alasaniya əlavə edib.

Cia.az