“Azərsu” ASC abonentlərə müraciət edib.
Cia.az-a daxil olan məlumata görə, I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 12 oktyabr 2015-ci il tarixdə gün ərzində Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Cia.az
