|
Üzünüzdəki “ölüm üçbucağı”na sızanaq çıxarsa... -

Sızanaq hər yaşda problem sayılır. Ancaq üzümüzdə bir bölgə var ki, orda çıxan sızanaqlar çox təhlükəli ola bilər.

İnfeksiya ölümə yol aça bilər

Sızanaqları çox sıxmayın, ovmayın və partlatmayın . Üzdə bir bölgə var ki, orda sızanaqları sıxmaq olduqca təhlükəlidir. Bu təhlükəli bölgə ağız kənarlarından burun körpüsünə qədər olan yerdir. Buna “ölüm üçbucağı” deyilir. Çünki içindəki qan damarları başın arxa tərəfində, beyinə aid arteriya damarları ilə birləşir. Burda yarana biləcək bir infeksiya baş ağrısına, görmə itkisinə, iflic, bəzən də ölümə səbəb ola bilər.

 

“Ölüm üçbucağı”na əl vurmayın

 

Üzünüzə tez-tez əl gəzdirib, burun və dodaq tüklərini təmizlədiyiniz, dəridə oyuq açdığınız və ya sızanaqları partlatdığınız hər dəfə dəridə yara əmələ gəlir. Bu zaman yaralarda bakteriyalar toplana və “ölüm üçbucağı”nda qana qarışa bilər.

 

Sızanaqlardan qurtulmaq üçün A vitaminin mühüm rolu vardır. Ancaq mütləq həkim məsləhəti ilə qəbul edilməlidir. Sink də dəri sağlamlığı üçün mühümdür. Yeniyetməlik zamanı sızanaqları tez-tez çıxmasının ən mühüm səbəbi bu dövrdə bədəndə sink səviyyəsinin az olmasıdır. Bu dövrdə tərkibi sinklə zəngin olan qabıqlı dəniz məhsulları, ət, toyuq, balıq kimi qidaların qəbulunda fayda var.

 

Sızanaqlardan heç cür xilas ola bilmirsinizsə, dermatoloqa müraciət edin.

Cia.az