"Real"ın əvəzedici komandası "Kastilya"nın baş məşqçisi olan Zinəddin Zidan maraqlı fikirləri ilə diqqət çəkib.
Zidan oğlunun öz komandasında oynamasının onun üçün çətin olduğunu bildirib:
"Oğlumun komandamda oynaması mənə çətindir. Ona digər futbolçular kimi yanaşmalısan. Enzo evdə mənim oğlumdur. Ancaq komandada o da sıradan bir futbolçudur".
Qeyd edək ki, Enzo Zidan bu mövsüm "Kastilya"nın keçirdiyi yeddi görüşün hamısında iştirak edib.
Cia.az
