|
Hollandiya yığmasında qapıçı şoku

Hollandiya millisi iki qapıçısının xidmətindən məhrum olub.

Əvvəlcə komandanın əsas qolkiperi Yasper Silessen zədələnərək sıradan çıxıb.

O, "Avro-2016"nın seçmə mərhələləsində Qazaxıstanla oyundan (2:1) öncə isinmə hərəkətlərini yerinə yetirərkən zədələnib. Onu start heyətində Tim Krul əvəzləyib. 

Lakin görüşün 81-ci dəqiqəsində zədələnən "Nyukasl"ın qolkiperi oyunu davam etdirə bilməyib. Dizindən zədə alan Krulun 8 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub. "Narıncılar"ın baş məşqçi Danni Blind Krulun əvəzinə "Feyenoord"dan Kennet Vermerə dəvət göndərib.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qalmaq uğrunda Türkiyə ilə mübarizə aparan Hollandiya yığması "Avro-2016"nın seçmə mərhələsinin son turunda evdə Çexiya ilə qarşılaşacaq.

Cia.az