|
Husilər yenə qan tökdü -
Husilərin atdığı raket zərbələri nəticəsində Yəmənin Taiz şəhərində 4 mülki vətəndaş ölüb, 14-ü isə yaralanıb.
Husilər şəhərin müxtəlif məhəllələrini raketlərdən atəşə tutmağa başlayıb.
Sözügedən şəhərdə davam edən atışmalar səbəbindən bir sıra ərzaq məhsullarında qıtlıq yaşanır. O cümlədən, şəhərdə su çatışmazlığı var.
Qeyd edək ki, Taizdə yerləşən Humanitar Yardım koalisiyası BMT-yə yardımla bağlı təcili çağırış edib.
Cia.az