|
İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Ölkə başçısının başsağlığı məktubunda deyilir: "Ankarada törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı.

Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizəni zəruri hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Cia.az