Britaniyanın Kral Hərbi-Dəniz Piyadaları Korpusunda (Royal Marines) xidmət edən 12 hərbçinin xanımları yarıçılpaq pozalarda fotolar çəkdiriblər. Bu fotolar təqvim üçün nəzərdə tutulub.
Təqvimin satışından əldə ediləcək vəsait "Royal Marine Charities" xeyriyyə fondunun hesabına köçürüləcək.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ötən il belə təqvimin satışlarından 5 min funt-sterlinq əldə olunmuşdu və bütün pullar sabiq dəniz piyadalarına yardımlarla məşğul olan "Royal Marine Charities" fonduna verilmişdi.
Təqvimə çəkilənlər arasında "Miss Noyabr" titulunun sahibi, 21 yaşlı Çelsi də var.






