Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu dünyasını dəyişib.
Cia.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, oktyabrın 6-da hərbi qulluqçu, əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti tapılıb.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Cia.az
