Sumqayıt şəhər Polis İdarəsinin rəisi işdən azad olunub.
Daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə Sumqayıt şəhər Polis İdarəsinin rəisi, general-mayor Sahib Mirzəyev vəzifəsindən azad olunub. Yeni rəisin kimliyini isə dəqiqləşdirə bilmədik.
Xatırladaq ki Sahib Mirzəyev buna qədər İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi vəzifəsində çalışıb. 2012-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin rəisi təyin olunmuşdu. O, bu vəzifədə polkovnik Əkbər İsmayılovu əvəzləmişdi.
***
APA-nın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.
Cia.az
