Bu ilin sonu üçün Rusiyadan çıxarılan kapitalın həcmi 87 milyard dollara çatacaq.
Bu barədə ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
“Bu il bizdə bu rəqəm 87 milyard dollar olacaq” – rusiyalı nazir deyib. Bundan əlavə, o, növbəti həftədə “Fitch” agentlyi tərəfindən Rusiyanın suveren reytinqinə enmə istiqamətində təzədən baxılacağını gözləmədiyini söyləyib.
Bundan qabaq nazirlikdən bu il ölkədən çıxarılacaq kapitalın 93 milyard olacağı haqda proqnoz verilmişdi.
Mərkəzi Bank isə rəqəmin 85 milyard həcmində təxmin edir.
Cia.az
