|
Fransa millisində və "Real"da ciddi itki
Fransa millisinin və "Real"ın zədəli futbolçusu Kərim Benzemanın son durumu müəyyənləşib.
Tibbi müayinədən keçən  27 yaşlı hücumçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, K.Benzema "Avro-2016"nın seçmə mərhələsində Danimarka ilə oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, K.Benzema Ermənistanla yoxlama matçında zədələnib.
Cia.az