Artıq “Facebook”da ismarıclara "bəyəndim" xaricində fərqli duyğular ilə cavab verə biləcəksiniz.
“Facebook”un qurucusu Mark Zukerberq, öz hesabından bir video paylaşıb. Uzun bir şərhlə birlikdə paylaşılan videoda “Facebook”un yeni xüsusiyyəti ilk dəfə nümayiş olunub.
Belə ki, uzun zamandır şərh etmə, bəyənmə və paylaşma xaricində başqa bir funksiyanın mümkün olmadığı “Facebook”a artıq çox sayda yeni reaksiya növü əlavə olunacaq. Zukerberq, yeni xüsusiyyətin testinə başladıqlarını bildirib.
Sosial medianın yaradıcısı hesab edir ki, “bəyəndim” funksiyası illərdir istifadə olunmasına baxmayaraq, insanın tam hissini ifadə etmir. Buna görə də o, sevgi, gülüş, qorxu, kədər və qəzəb kimi fərqli variantlar üzərində də işlədiyini açıqlayıb.
Cia.az
