|
6 siyasi məhbusu azad etdi -

Avropa İttifaqı Belarusa qarşı tətbiq edilən sanksiyaları ləğv edir.

Bu barədə Reuters diplomatik mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, həmçinin, prezident Aleksandr Lukaşenkoya qarşı tətbiq edilən sanksiyaların da ləğvi nəzərdə tutulub. Avropa İttifaqının bu qərarı oktyabrın 12-dən, üç həftə davam edən çətin danışıqlardan sonra qəbul edilə bilər. 

Qərarın qəbul edilməsinə təsir göstərən müsbət addımlar isə Belarus prezidentinin altı siyasi məhbusu azad etməsi və Ukrayna böhranı ilə bağlı aparılan dinc danışıqlarda göstərdiyi yardım olub.

Sanksiyaların hələ ki 4 ay ərzində dayandırılmasına qərar verilib.

Cia.az