Saxta sənədlər əsasında rəsmiləşdirimiş kreditlə əlaqədar cinayət işi başlanıb.
Baş Prokurorluqdan verilən məlumata görə, “TBC Kredit” Bank olmayan kredit təşkilatı MMC-dən saxta sənədlər əsasında kredit alınması barədə Dövlət Neft Şirkətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı adları istintaq yolu ilə müəyyənləşdirilən vəzifəli şəxslər ayrı-ayrı vətəndaşların şəxsiyyət vəsiqələrini və iş yerləri barədə arayışları saxtalaşdıraraq “TBC Kredit” MMC-dən aldatma yolu ilə 8.0 min manat məbləğində krediti ələ keçirivblər.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə cinayəti törədən şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Cia.az
