|
Kalmık Milli Dram Teatrı Bakıda qastrol səfərindədir

Kalmık Milli Dram Teatrı Bakıda qastrol səfərindədir. Səfər çərçivəsində Kalmık Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında silsilə tamaşalar təqdim edəcək.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində teatr oktyabrın 9 və 10-da saat 10, 12 və 14.00-da A.S.Puşkinin "Zolotaya rıbka", Əli Əmirlinin "Lyubyaşaya jenşina" tamaşalarını nümayiş etdirəcək. Oktyabrın 11-də isə qastrol səfərinin yekunlarına həsr edilmiş tədbir keçiriləcək.

Qeyd edək ki, Əli Əmirlinin “Lyubyaşaya jenşina” tamaşası ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov tərəfindən Kalmık Milli Dram Teatrında hazırlanıb.

Cia.az